...

"Aeroflot" təyyarəsini girov götürən Praqada neytrallaşdırılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2006 19:31 (UTC +04:00)

"Aeroflot" Moskva -Cenevrə reysinin pilotunu hədələyən sərnişin neytrallaşdırılıb, zərərçəkən yoxdur. Çex güc strukturlarının əməliyyatı nəticəsində o, təyyarənin göyərtəsindən uzaqlaşdırılıb. Sərnişin və ekipaj heyətindən heç kəs zərər çəkməyib. Verilən məlumatlara görə, sərnişində partlayıcı maddə aşkar olunmayıb. Bu barədə RBK-ya "Aeroflot"un mətbuat xidmətinin rəis müavini Viktor Sokolov xəbər verib.

Əvvəlcədən xəbər verildiyi kimi, rus aviaşirkətinin SU271 reysinin A 320 laynerinin pilotu Moskva Cenevrə marşrutu ilə uçarkən göyərtədə fövqəladə vəziyyətlə bağlı Praqaya planlaşdırılmamış eniş edib. Bu barədə Trend xəbər verir.

Enişdən sonra məlum olub ki, sərxoş sərnişin marşrutun dəyişdirilməsi tələbilə çıxış edərək, əks tədqirdə təyarəni partatmaqla hədələyib. Xuliqan yerdə neytrallaşdırılıb və Çexiya polisinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti