...

İndoneziyada yanmış təyyarədəki 100-dən çox sərnişinin taleyi naməlumdur

Dünya xəbərləri Materials 7 Mart 2007 17:50 (UTC +04:00)

İndoneziyanın Cokarta şəhərindəki hava limanında yerə enərkən qəzaya uğramış Boeing 737-400 markalın təyyarənin bortunda, müxtəlif mənbələrdən verilən qeyri-rəsmi məlumatlara görə, 102-122 nəfər sərnişin olub.

Hadisə yerli vaxtla saat 7.00-da abaş verib. Təyyarənin füzelyajı alışdığından sərnişinlər təyyarəni tərk edə bilməyiblər. RBK -nin verdiyi məlumata görə yanğın yarım saat sonra söndürülüb.

Təsdiq olunmamış məlumatlara görə təyyarə tamamilə məhv olub. Ölənlər və xəsarət alanlar barədə isə heç bir məlumat verilmir. Təyyarə isə İndoneziyanın dövlət şirkəti Garuda-ya məxsusdur.

Xəbər lenti

Xəbər lenti