...

Ukrayna parlamenti hökumətə seçkiləri maliyyələşdirməyi qadağan edib

Dünya xəbərləri Materials 3 Aprel 2007 11:13 (UTC +04:00)

Ukrayna parlamenti hökumətə seçkiləri maliyyələşdirməyi qadağan edib. "Xalq deputatlarının növbədənkənar seçkilərinin keçirilməsi və imzalanmasına istiqamətlənmiş hər hansı bir hərəkətlərin həyata keçirilməsi yolverilməz hesab edilsin və bununla əlaqədar Nazirlər Kabinetinə Ali Radanın növbədənkənar seçkilərin keçirilməsi üçün pul ayrılmasını qadağa etmək", parlamentdə bu gün qəbul olunan qərarda deyilir. Bu barədə RBK məlumat verib.

Xalq deputatları həmçinin Avropa Şurasının Parlament Assambleyasına Ukraynadakı vəziyyətlə bağlı təcili debatların keçirilməsi xahişi ilə müraciət etməyə qərar verib.

Bu qərarı Yuri Yexanurovun hökumətində keçmiş ədliyyə naziri olmuş, indi isə xalq deputatı olan Sergey Qolovatı da dəstəkləyib. O, əmindir ki, prezidentin parlamenti buraxmaq hüququ olmayıb.

Xəbər lenti

Xəbər lenti