...

Gürcüstan prezidenti İordaniyada Ümumdünya İqtisadi Forumda iştirak edəcək

Dünya xəbərləri Materials 18 May 2007 12:33 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan prezidentinin mətbuat xidməti bu gün Gürcüstan prezidenti Mixail Saakaşvilinin İordaniyaya səfər proqramını elan edib. Mətbuat xidmətindən bildirildiyi kimi, Saakaşvili nümayəndə heyəti ilə bu gün İordaniyaya yola düşəcək və Ümumdünya İqtisadi Forumda iştirak edəcək.

Bu gün Gürcüstan prezidenti həmçinin İordaniya kralı II Abdulla ibn əl-Hüseynlə görüşəcək. Görüşdən sonra birgə sənədlər imzalanacaq.

İordaniya kralı ilə görüşdən sonra Saakaşvili bu ölkənin baş naziri Şeyx Nasər əl-Möhəmməd əl-Əhməd əl-Saabla görüşəcək.

Mayın 19-da Gürcüstan prezidenti İordaniyada keçirilən Ümumdünya İqtisadi Forum çərçivəsində Xorvatiyanın prezidenti Stepan Mesiçlə görüşəcək. Elə həmin gün o, İqtisadi Forumla paralel olaraq keçirilən interaktiv forumda da iştirak edəcək.

Mayın 20-də Gürcüstan nümayəndə heyəti vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti