Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanın millət vəkilləri Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Rusiya Federasiyasının Sank-Peterburq şəhərində, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov isə Moskva şəhərində seçki prosesini müşahidə edəcəklər.
Azərbaycanın millət vəkilləri martın 2-dən 7-dək Rusiyada olacaqlar.
Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək.