...

Hindistanın ticarət və sənaye naziri Bakıya gəlir

Siyasət Materials 21 Oktyabr 2016 17:07 (UTC +04:00)
Hindistanın ticarət və sənaye naziri Nirmala Sitharamanın başçılığı ilə bir qrup nümayəndə heyəti Hindistan-Azərbaycan HökUmətlərarası Komissiyasının 4-cü iclasında iştirak etmək məqsədilə Bakıya gələcək.
Hindistanın ticarət və sənaye naziri Bakıya gəlir

Bakı. Azad Həsənli – Trend:

Hindistanın ticarət və sənaye naziri Nirmala Sitharamanın başçılığı ilə bir qrup nümayəndə heyəti Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının 4-cü iclasında iştirak etmək məqsədilə Bakıya gələcək. Bu barədə Trend Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən məlumat verir.

Səfər çərçivəsində oktyabrın 25-də hindistanlı qonaqlarla yerli sahibkarların görüşü nəzərdə tutulur. Görüşdə ikitərəfli sərmayə qoyuluşu imkanları və digər məsələlər müzakirə ediləcək.

Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, Hindistanın ticarət və sənaye naziri Nirmala Sitharama, Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədovun iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti