...

Almaniya Ülküçü Türk Dərnəkləri Federasiyası və Hollandiya Türk Federasiyasının rəsmiləri Azərbaycanda səfərdədir

Siyasət Materials 11 Yanvar 2006 13:45 (UTC +04:00)

Almaniya Ülküçü Türk Dərnəkləri Federasiyası və Hollandiya Türk Federasiyasının rəsmiləri Azərbaycanda səfərdədir. Bu barədə Trend ə Millətçi Demokratlar Hərəkatının (MDH) təsisçilərindən olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

Qeyd edək ki, hər il adıçəkilən federasiyaların təmsilçiləri Azərbaycana səfər edirlər. Bu səfər Qurban bayramına təsadüf etdiyindən qonaqlar MDH-nin nümayəndələri ilə birgə Şuşa, Ağdam, Cəbrayıl və Laçından olan qaçqın və məcburi köçkünlərlə görüşüb onlara qurban payı paylayıblar.

V.Bəyturan onu da bildirib ki, Almaniya Ülküçü Türk Dərnəkləri Federasiyasının baş katibi Şəntürk və Hollandiya Türk Federasiyasının başqan yardımçısı Salim Durakçı səfər çərçivəsində yalnız MDH təmsilçiləri, "Yeni müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşüblər: "Bu dəfə onlar Müsavat başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimli ilə görüşməyiblər".

TMP sədri qeyd edib ki, qonaqlar hər dəfə Azərbaycana gələndə bu şəxslərlə görüşərdilər. Bu dəfə görüşməmələrinin səbəbi İ.Qəmbərlə Ə.Kərimlinin narıncı inqilab etməklə bağlı çıxışları olub. V.Bəyturan qonaqların yanvarın 12-də Bakını tərk edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti