...

Mərkəzi Klinkanın daha bir uğuru (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 10:38 (UTC +04:00)
Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycanda səhiyyə sahəsi getdikcə inkişaf etməkdədir.
Mərkəzi Klinkanın daha bir uğuru (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycanda səhiyyə sahəsi getdikcə inkişaf etməkdədir.

Mərkəzi Klinkadan Trend-ə daxil olan məlumatda belə deyilir: "Bunun bariz nümunəsi kimi fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları, o cümlədən beynalxalq sığorta şirkətləri də xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər.

Belə ki, bu yaxınlarda qəbul etdiyimiz İngiltərə vətəndaşı Raymond İrvingin adını qeyd edə bilərik. R.İrving Təcili Tibbi Yardımla digər tibb müəssisəsindən bizim klinikamıza gətirilib. Kəskin miokard infarktı diaqnozu təsdiq olunduqdan sonra angioqrafik müayinədə ciddi damar darlığı aşkarlanıb. İnvaziv müdaxilə ilə darlıqlar aradan qaldırılıb və həyatı təhlükə riski aradan götürülüb. R.İrving bu gün kontol müayinəyə gəlib. Heç bir şikayəti yoxdur, normal həyat tərzinə davam edir".

Məluamtda qeyd edilir ki, bütün bu prosedurlar Mərkəzi Klinikanın kardioloq komandası - doktor Cəmil Babayev, doktor Əli Bayramov və başqaları tərəfindən həyata keçirilib. Angioplastika Avstriyada Vyana Universitet Kilinikasında (Allgemeines Krankenhaus (AKH)) ixtisaslaşmış invaziv - kardioloq doktor C.Babayev tərəfindən icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti