...

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni sistem rəqabəti artırır

Cəmiyyət Materials 7 Mart 2016 18:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, artıq başa çatmış bu semestrdə tələbələrin qiyməti nəzərə alınır: "Tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nı təsdiqləyib.

Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti