...

GÜRCÜSTANDA ÇİRKLƏNDİRİLƏN KÜR ÇAYI ACZƏRBAYCAN ƏHALİSİ ÜÇÜN TƏHLÜKƏLİDİR

Cəmiyyət Materials 29 İyun 2005 11:23 (UTC +04:00)

(Kavkaz-Press) - Kür (Mtkvari) çayının həddindən artıq çirklənməsi təkcə Gürcüstan üçün deyil, Azərbaycan üçün də təhlükəlidir. Bu barədə Gürcüstanın İnteqrasiya və ictimaiyyətlə əlaqələr üzrə şəhər komissiyasının çirkili suların Kür çayına axıdılmasına dair iclasında bəyan edilib.

"Çay təkcə çirkli sularla deyil, həmçinin yoluxucu xəstəxana və klinikalardan axıdılan sularla da çirklənir ki, bu da epidemiya təhlükəsi deməkdir. Çünki bu su filtrasiya olunmur", - deyə komissiyanın sədri Nino Mirianaşvili qeyd edib.

O, Azərbaycan əhalisinin Kür çayından içməli su mənbəyi kimi istifadə etdiyindən xüsusilə narahat olduğunu bildirib. "Bizim bu ölkə ilə əlaqələrimiz korlana bilər, çünki kür çayının suyu əsasən bizim ərazimizdə çirklənir", - deyərək N.Mirianaşvili vurğulayıb ki, sonra cərimə ödəməkdənsə indidən tədbir görmək lazımdır.

İclasda Elmi texniki mərkəzin layihəsi təqdim olunub ki, orada yeni təmizləmə sistemi təklif olunur. Həmin sistem kiçik xərclər tələb edir və hakmiyyət orqanları tərəfindən istifadə oluna bilər. Bu təmizləyici qurğular ilk növbədə klinika və xəstəxanalarda quraşdırılmalıdır. İclas iştirakçıları bildiriblər ki, yoluxucu xəstəxənalardan, onkoloji mərkəzlərdən, QİÇS və zöhrəvi xəstəliklərlə mübarizə mərkəzlərindən suların çaya filtrasiyasız axıdılması yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti