Azərbaycan, Bakı, 9 yanvar /Trendeeee/
Azərbaycanın 21 yaşadək futbolçularından ibarət yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən millinin baş məşqçi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunub.
Qeyd edək ki, Y.Vahabzadə bu vəzifədə Bernhard Lipperti əvəzləyib.