...

Arif Vəliyev: Son 10 ildə Azərbaycan iqtisadiyyatına təqribən 132 milyard dollar investisiya yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 13:58 (UTC +04:00)
2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard dollar) həcmində investisiya yönəldilib.
Arif Vəliyev: Son 10 ildə Azərbaycan iqtisadiyyatına təqribən 132 milyard dollar investisiya yatırılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E. Əliyev/

2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard dollar) həcmində investisiya yönəldilib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir ki, investisiyaların 50,6 faizi daxili mənbələr hesabına maliyyələşdirilib, 49,4 faizi isə xaricdən cəlb edilib. Bu dövr ərzində istifadə edilmiş investisiya vəsaitlərinin 40,7 milyard manatı (47,3 milyard dollar) neft-qaz sektorunun inkişafına, 69,1 milyard manatı (84,6 milyard dollar) və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilib.

A.Vəliyevin sözlərinə görə, 2003-cü illə müqayisədə ölkədə ümumi investisiya qoyuluşlarının həcmi 5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 14 dəfə artıb və 2012-ci ildə müstəqilllik dövründə rekord həddə - 25,8 milyard dollarına çatıb: "Bu göstəricinin artım səviyyəsinə görə Azərbaycan MDB-də lider olmaqla yanaşı, digər ölkələrin göstəricilərini dəfələrlə qabaqlayıb".

A. Vəliyev: "Ölkə iqtisadiyyatının inkişafı və möhkəmlənməsi prosesində investisiya mənbələrinin strukturunda da ciddi dəyişikliklər baş verib və 2003-cü ildə investisiyaların ümumi həcminin yalnız 22,1 faizi ölkədaxili məliyyələşdirdisə, 2012-ci ildə daxili investisiyaıarın xüsusi çəkisi 60 faizə çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti