...

"Fukusima-1" AES rayonunda dənizdə radioaktiv yodun səviyyəsi normadan 1,25 min dəfə çoxdur

Hadisə Materials 26 Mart 2011 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend/

Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyası (AES) yaxınlığında dənizdə radioaktiv yod izotoplarının miqdarı normadan 1,25 min dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər yayıb.

Dünən AES-in operator şirkəti TEPCO xəbər verib ki, Yaponiyanın qəza vəziyyətində olan "Fukusima-1" AES-in birinci enerji blokunun reaktoru yaxınlığında suyun radioaktivliyi normanı 10 min dəfə üstələyir. Xəbəri RİA Novosti yayıb.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 10 mindən çox insan həlak olub və 17,4 min nəfər itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar silsilə qəzalar qeydə alınıb. AES-dəki insidentlər nəticəsində bir neçə radiasiya sızması aşkar edilib ki, bu da hakimiyyəti AES-in ətrafındakı 20 kilometrlik zonadan əhalinin təxliyə edilməsinə, eləcə də 30 kilometrlik radiusda stansiya üzərindən uçuşlara qadağa tətbiq etməyə məcbur edib. Daha sonralar Yaponiyanın bəzi rayonlarında da havada, dənizdə və içməli suda, eləcə də ərzaq məhsullarında radioaktiv elementlərin, həmçinin yod izotopları və seziumun aşkar edilməsi haqqında məlumatlar ortaya çıxıb.

Xəbər lenti

Xəbər lenti