...

Tbilisidə parlament qarşısında etiraz aksiyası keçirilir

Dünya xəbərləri Materials 28 Noyabr 2024 22:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar Tbilisidə parlament binasının və hakim “Gürcü Arzusu” partiyanın mərkəzi ofisinin qarşısında toplaşıb.

Trend xəbər verir ki, aksiya iştirakçılarının dediyi kimi, onlar “Gürcü Arzusu”nun bugünkü qərarına etiraz edirlər.

Onlar, “Gürcü Arzusu” hakimiyyətinin Avropa gələcəyini Gürcüstanın əlindən aldığını deyirlər.

Müxtəlif müxalifət partiyalarının nümayəndələri də aksiyada iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti