Bakı. Trend:
Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdi.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.
İ.Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.
Baş nazir, həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.