...

Gürcüstan prezidenti hakim partiyanı konstitusiya çevrilişində ittiham edib

Dünya xəbərləri Materials 28 Noyabr 2024 22:37 (UTC +04:00)
Gürcüstan prezidenti hakim partiyanı konstitusiya çevrilişində ittiham edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarını “konstitusiya çevrilişi” kimi qiymətləndirib.

Trend xəbər verir ki, Zurabişvili müxalifət partiyalarının liderləri ilə görüşüb və onları “Avropa dəyərləri uğrunda mübarizədə” birliyə çağırıb.

“Bu gün mən prezidentəm və bu ölkədə dünya liderləri ilə danışmaq imkanı olan yeganə qanuni qurumu təmsil edirəm”, - deyə Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bugünkü bəyanatına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti