...

Naxçıvanda iriqabaritli nəqliyyat vasitələri ilə tranzit yüklərin daşınması artıb (ÖZƏL)

İqtisadiyyat Materials 28 Noyabr 2024 20:00 (UTC +04:00)
Naxçıvanda iriqabaritli nəqliyyat vasitələri ilə tranzit yüklərin daşınması artıb (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan yerləşdiyi mövqe etibarilə həm də tranzit yüklərin daşınması üçün əlverişli bir coğrafiyaya sahibdir.

Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərli deyib.

O, bildirib ki, Naxçıvan Muxtar Respublikası təbii bir qovşaq olaraq elə bir coğrafiyada yerləşir ki, bu coğrafiya bizə tranzit daşımaları həyata keçirməyə imkan verir.

"Tranzit yüklərinin daşınması da bir neçə istiqamətdə həyata keçirilir. İriqabaritli nəqliyyat vasitələri ilə bağlı, təqribən, 9 faizdən artıq artım qeydə alınıb. Lakin Naxçıvanın infrastruktur olaraq genişlənməsinə böyük ehtiyac var. Həmçinin tranzit potensialının inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqətdə saxlanılır. Bütün bunlar bizə tutumların daşınmasında daha böyük imkanlar yaradacaq. Naxçıvanın tranzit potensialının böyük əhəmiyyəti vardır. Tranzit potensialının inkişaf etdirilməsi üçün konsepsiyalar hazırlanır, logistika mərkəzləri, həmçinin bu potensialın infrastruktur layihələri üçün də imkanlar yaradılır. Yəqin ki, Zəngəzur dəhlizi açılandan sonra bu proses daha da sürətlənəcək", - deyə R.Ələkbərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti