Azərbaycan, Bakı, 7 may / Trend, müxbir X.Murtuzayeva/
Acı Çili istiotu yeyən adamların həmişə tərləmələri bir müddət əvvəl Kaliforniya Universitetinin tədqiqatçılarının diqqətini cəlb etmişdi. Bu da kəskin qidanın bədənin temperaturunu artırmasından artıq kiloların itirilməsi üçün istifadə edilməsinin mümkünlüyünü sübut edir. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
İndi isə koreyalı alimlər istiotun tərkibinə daxil olan və insanı asqırmağa vadar edən birləşmələrin köməyi ilə artıq çəkidən xilas olmağı təklif edirlər. İlkin sınaqlar göstərir ki, bu bitkinin tərkibindəki piperin yeni yağ hüceyrələrinin yaranmasına imkan vermir. Deməli, nəzəriyyədə piperin piylənmə əleyhinə preparatların gözəl təbii alternativi ola bilər.
Hazırda Koreyanın Seyonq Universitetinin alimləri onun laboratoriya və kompyuter modellərində piy toxumalarındakı genlərə təsirini sınaqdan keçirirlər.
Əldə olunan nəticələrə görə, piperin yeni piy hüceyrələrinin yaranması arxasında duran genlərin fəallığına mane olur. Bununla da piyin yaranmasına nəzarət edən zəncirvari reaksiya əmələ gəlir.