...

20 il sonra insanlar "böcəkburger" yemək məcburiyyətində qalacaqlar

Maraqlı Materials 31 İyul 2012 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Salmanov/

Ət istehlakının getdikcə çətinləşdiyini deyən mütəxəssislərin ehtamallarına görə, 20 ildən sonra böcəklər əsas qida mənbələrindən biri olacaq. Bu barədə Trend çərşənbə axşamı Türkiyə mətbuatına istinadən məlumat verir.

Qida sənayesində çalışanların sözlərinə görə, qarşıdakı 5-7 il ərzində ətin qiyməti ikiqat artacaq və ət ən bahalı qidalar arasında yer alacaq.

Niderlandın "Wageningen" Universitetinin tədqiqatçıları böcəklərin ətin yerini tutacağı qənəatindədirlər. Onların fikrincə, böcəklər ətə bərabər əhəmiyyətli protein mənbəyidir. Niderland hökuməti böcəklərin əsas qida mənbələrindən biri kimi istifadə edilməsi üçün xeyli pul xərcləyir.

İnsanların yeyə biləcəyi 1400 böcək növü var və onlar mal-qaraya nisbətən daha az xərclə, daha az su sərf edilərək və ətrafa daha az zərər verilərək qida şəklində istehsal oluna bilər. Mütəxəssislər bəzi böcəklərin "burger" formasında yeyiləcəyini söyləyirlər.

Xəbər lenti

Xəbər lenti