Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Salmanov/
Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi olan "Facebook" istifadəçilərinin 8,7 faizinin saxta hesab açdığı məlum olub. Bu barədə Trend bazar ertəsi Türkiyə mətbuatına istinadən məlumat verir.
Saxta istifadəçilərin sayına görə Türkiyə və İndoneziya liderlik edir. Ən az saxta istifadəçi isə ABŞ və Avstraliyadadır.
"Facebook" tərəfindən verilən statistik məlumata əsasən, 955 milyon aktiv istifadəçidən 83,9 milyonu saxta adla ünsiyyət qurmağa çalışır.