Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Salmanov/
Səudiyyə Ərəbistanı hakimiyyəti işgüzar qadınlar üçün nəzərdə tutulan ilk sənaye şəhəri tikəcək. Bu barədə Trend cümə axşamı Rusiya mətbuatına istinadən məlumat verir.
Şəhərin tikilməsinə dair plan artıq bələdiyyələr və kənd təsərrüfatı işləri nazir Mansur bin Mitəb Əbdüləziz tərəfindən bəyənilib.
Yeni şəhər ölkənin şərqindəki əl-Hufuf şəhəri ərazisində yerləşəcək. Yeni inşa ediləcək şəhərdə qadınların sahib olduğu istehsalat müəssisələri, habelə qadınlar üçün məhsullar istehsal edən fabriklər olacaq.
Şəhərin tikintisi üzrə işlərin nə vaxt başa çatacağı barədə dəqiq məlumat verilmir.