Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb.
Hərbi mənbədən şənbə günü Trend-ə verilən məlumata görə, Füzuli rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində kapitan Cəfərov Ramin Vaqif oğlu yaralanıb və hospitala yerləşdirilib.
Mənbə bildirib ki, hərbçinin avtomobili düşmən tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, erməni hərbçilər martın 25-də saat 14:40-dan 14:50-dək, saat 23:10-dan 23:30-dək Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.