...

Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2011 19:45 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri şənbə günü Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Milli Ordusunun əsgəri şənbə günü Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Elmar Səməd oğlu Həbibzadə Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti