...

Allahşükür Paşazadə: Münaqişələrin istisnasız olaraq dinc yolla həllinə cəhd göstərmək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2011 15:24 (UTC +04:00)
Bütün münaqişələrin istisnasız olaraq dinc yolla həllinə cəhd göstərmək lazımdır və bu məsələdə dini liderlər öz ölkələrinin siyasi rəhbərliyinə kömək göstərməlidirlər.
Allahşükür Paşazadə: Münaqişələrin istisnasız olaraq dinc yolla həllinə cəhd göstərmək lazımdır

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bütün münaqişələrin istisnasız olaraq dinc yolla həllinə cəhd göstərmək lazımdır və bu məsələdə dini liderlər öz ölkələrinin siyasi rəhbərliyinə kömək göstərməlidirlər. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bazar ertəsi Yerevenda bildirib. Trend-in məlumatına görə, xəbəri Ermənistanın "Mediamaks" agentliyi yayıb.

Paşazadə Yerevanda MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak edir.

Onun sözlərinə görə, erməni və azərbaycanlı qaçqınlar Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini hiss etməkdə davam edirlər. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə təəssüf ki, hələlik heç bir nəticə verməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti