...

ATƏT-in keçirdiyi monitorinq insidentsiz ötüşüb, həmsədrlər Azərbaycan tərəfinə keçiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2011 14:54 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər.
ATƏT-in keçirdiyi monitorinq insidentsiz ötüşüb, həmsədrlər Azərbaycan tərəfinə keçiblər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndi arasındakı yolda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və həmsədrlər Azərbaycan tərəfinə keçiblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirəiblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti