...

BMT-nin mənzil-qərargahında Novruz bayramı münasibətilə konsert keçirilib

Siyasət Materials 26 Mart 2011 02:12 (UTC +04:00)
Cümə axşamı Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) üzv dövlətlərinin təşkilatçılığı ilə konsert keçirilmişdir.
BMT-nin mənzil-qərargahında Novruz bayramı münasibətilə konsert keçirilib

Azərbaycan, Bakı, 26 mart /Trend/

Cümə axşamı Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) üzv dövlətlərinin təşkilatçılığı ilə konsert keçirilmişdir. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin məlumatında bildirilir.

Konsertdən öncə BMT Baş Assambleyasının 65-ci sessiyasının Prezidenti, Türkiyə Parlamentinin Sədri və TÜRKSOY-un Baş katibi çıxış etmişlər. Konsertdə Azərbaycanın incəsənət və mədəniyyət nümayəndələri Gülyanaq Məmmədova, Etiram Hüseynov, Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış etmişlər. Tamaşaçılar həmvətənlərimizin çıxışlarını böyük heyranlıqla izləmiş və onları ayaq üstə alqışlamışlar.

Konsertdə Azərbaycanla yanaşı Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Başkortostan (R.F), Xakasiya (R.F) Tuva (R.F), Qaqauz (Moldova) və Krımdan (Ukrayna) olan incəsənət nümayəndələri çıxış etmişlər.

21 mart tarixində BMT Baş Assambleyasında ölkəmizin təşəbbüsü əsasında BMT çərçivəsində qəbul edilmiş Beynəlxalq Novruz Günü adlı A/RES/64/253 saylı 23 fevral 2010-cu il tarixli qətnamə əsasında rəsmi qeyd etmə tədbiri keçirilmişdir. Tədbir adıçəkilən qətnamənin Azərbaycan başda olmaqla həmmüəllifərindən - Albaniya, Əfqanıstan, Hindistan, İran, Qazaxsan, Qırğızıstan, Türkiyə Türkmənistanın təşəbbüsü əsasında keçirilmişdir. Geniş tərkibli iştirakçılar, bütün üzv ölkələrin BMT yanında daimi nümayəndəliyinin diplomatları və həmmüəllif ölkələrin ABŞ-dakı diaspora üzvlərini əhatə etmişdir. Tədbirdə BMT Baş Assambleyasının Prezidenti, Tacikistan Mədəniyyət naziri, Azərbaycan, Albaniya, Əfqanıstan, Hindistan, İran, Qazaxsan, Qırğızıstan, Türkiyə, Türkmənistanın BMT yanında daimi nümayəndələri çıxış etmiş, BMT Baş katibinin müraciəti oxunmuşdur.

Xəbər lenti

Xəbər lenti