...

İİR vitse-prezidenti: İran və Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək

Siyasət Materials 6 Sentyabr 2012 11:07 (UTC +04:00)
İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək.
İİR vitse-prezidenti: İran və Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi deyib.

"Bizdə bunu deməyə kifayət qədər fakt və əsaslar var", - Musəvi əlavə edib.

Vitse-prezident dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdə ikitərəfli əlaqələrin geniş müzakirə edildiyini bildirib.

Musəvi İranda həbs olunan azərbaycanlı şairlərin azadlığa buraxılmasına şərh verməyib.

Xəbər lenti

Xəbər lenti