...

Gürcüstanda Babakər dağlarında baş verən yanğın azərbaycanlılara təsərrüfat və içməli su problemi yarada bilər

Siyasət Materials 28 Avqust 2006 14:15 (UTC +04:00)

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonu ərazisində yerləşən Babakər dağlarında dünəndən bəri yanğın baş verib. Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov məlumat verib.

Qeyd edək ki, yanğının ermənilər tərəfindən törədildiyi ehtimal olunur. Əlibala Əsgərov da bu ehtimalın üstünlük təşkil etdiyini deyərək yanğının təsadüfə oxşamadığını bildirib. Onun sözlərinə görə, hadisə soydaşlarımızın təsərrüfat işlərinə ziyan vurmaqla bərabər, onlara içməli su problemi də yarada bilər.

"Bu yanğın da Azərbaycanda baş verən proseslərlə - yəni ermənilərin işğal olunmuş əraziləri yandırması ilə eynidir, demək olar ki, onun davamıdır. Dağdakı otlaq sahələrinə od vurulub ki, külək vasitəsilə yanğın meşələri də bürüsün. Əhalinin istifadə etdiyi otlaq sahələri demək olar ki, tamamilə sıradan çıxıb. Bundan başqa, dağətəyi kəndlər içməli su kimi əsasən dağ bulaqlarından istifadə edir, indi bu yanğından sonra əhalinin sudan istifadəsi də artıq sual altındadır"-deyə Ə.Əsgərov qeyd edib.

Onun sözlərinə görə, yanğın hələ də ətraf əraziləri bürüyür və 2 kilometr məsafədən aydın görünür.

Xəbər lenti

Xəbər lenti