...

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib

Cəmiyyət Materials 26 Mart 2011 03:59 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib. Bu barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun protokol xidmətinin məlumatında bildirilir.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 26 mart /Trend/

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib. Bu barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun protokol xidmətinin məlumatında bildirilir.

"Cari ilin 19 mart tarixində Novruz bayramına həsr edilmiş Heydər Əliyev Fondunun RF-kı nümayəndəliyi və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi 12 min nəfərin iştirakı ilə keçirilən konsertdə baş vermiş təxribatla bağlı hüquq-mühafizə orqanlarına artıq müraciət olunmuş, videomateriallar təqdim edilmişdir", bəyanatda deyilir.

"Videomateriallarda İlkin və Nizami Məmişovlar, həmçinin Mirzə Baxşıyevin təxribatda iştirakı açıq-aydın görünür. Zənnimcə, bu təxribatı idarə edən və törədən şəxslər dövlətimizin və xalqımızın düşmənlərinə qulluq edirlər. Məsələ ilə bağlı, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilmişdir. Məsələnin ciddiliyini dərk edərək, bu insidentlə bağlı mükəmməl məşğul oluruq. Qanun çərçivəsində müvafiq qaydada bu işlər hüquq-mühafizə orqanlarırı tərəfindən araşdırılır. Bu gün gündəmdə Qüdsi Osmanov yox, dövlətimizin rəsmi nümayəndəsinin və dövlətimizin şərəfinin qorunması durur. Videogörüntülərdə canfəşanlıqla çıxış edən Aybəniz Səmədzadə, Sankt-Peterburq gəncləri arasında tanınmış, qeyri-kafi imicə malik olan, ailəsi tərəfindən rədd edilmiş bir şəxsdir. Ondan böhtan və ifrat məqsədi ilə istifadə edənlərə, ona vəkil tutmaq tərəfimdən tövsiyə edilmişdir. Bu təxribatı törədən və kənardan idarə edən şəxslər bir mənalı qanun çərçivəsində cavab verəcəklər. O ki qaldı, sosial şəbəkələrdə süni şəkildə yayılan yalan və böhtanlara, bu, təxribatı yaradanların çox rəngli fantaziyasından xəbər verir", Osmanovun bəyanatında deyilir.

"Birmənalı olaraq bəyan edirəm ki, mənim ünvanıma Aybəniz Səmədzadə ilə bağlı səsləndirilən fikirlər əsassız və böhtandır. Bu təxribatın kim tərəfindən törədildiyi və hansı məqsəd daşıdığı yaxın zamanlarda aydın olacaqdır", bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti