Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan sabah yay vaxtına keçir.
Trend-in məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 mart 2011-ci il tarixində saat 4.00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da saatların əqrəbləri bir saat qabağa çəkilməklə yay vaxtına keçilir.
Qərarın icrasına nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.