...

Belçikalı və portuqaliyalılar lotereyada 69 milyon avro udublar

Cəmiyyət Materials 26 Mart 2011 12:15 (UTC +04:00)

Dünən Avropanın doqquz ölkəsində - Fransa, İspaniya, Avstriya, Portuqaliya, Böyük Britaniya, İsveçrə, İrlandiya, Lüksemburq və Belçikada keçirilən "Avromilyonlar" lotereyasında Belçika və Portuqaliya vərtəndaşları 69 milyon avro udublar. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yerli KİV-ə istinadən xəbər yayıb.

Qaliblər haqqında məlumatlar təhlükəsizlik baxımından açıqlanmır. Ötən il belçikalılar üç dəfə xoşbəxt biletin sahibi olublar.

"Avromilyonlar" lotereyası tarixində ən iri uduş 2010-cu ilin oktyabrında qeydə alınıb. O zaman britaniyalı 129 milyon avro dəyərində çek əldə edib.

Xəbər lenti

Xəbər lenti