...

FİFA və UEFA oyunlar zamanı totalizatora pul qoyuluşlarını qadağan etməyə hazırlaşır

Cəmiyyət Materials 26 Mart 2011 13:09 (UTC +04:00)
FİFA və UEFA danışılmış oyunlarla mübarizə məqsədilə totalizatora pul qoyuluşlarının qadağan edilməsini müzakirə edir. Trend-in məlumatına görə, bu barədə /sports.ru/ məlumat yayıb.
FİFA və UEFA oyunlar zamanı totalizatora pul qoyuluşlarını qadağan etməyə hazırlaşır

Azərbaycan, Bakı, 26 mart /Trend/

FİFA və UEFA danışılmış oyunlarla mübarizə məqsədilə totalizatora pul qoyuluşlarının qadağan edilməsini müzakirə edir. Trend-in məlumatına görə, bu barədə /sports.ru/ məlumat yayıb.

Ali futbol qurumları bukmeker şirkətləri ilə təkliflər işləyib hazırlayırlar. Çünki araşdırmalar göstərir ki , son vaxtlar klub və yığmalar səviyyəsində korrupsiya və matçda lazımi nəticəni əldə etmək məqsədilə oyunçuların yaxud hakimlərin pulla ələ alınması halları çoxalıb.

"Problem "online" rejimdə pul qoyuluşlarındadır. P ul qoyuluşlarının bu növünə icazə verib-verməmək haqqında düşünməliyik. FİFA prinsip etibarilə pul qoyuluşları ilə mübarizə aparmağa hazırlaşmır, biz yalnız qanunsuz pul qoyuluşlarının əleyhinəyik" , - məlumata görə, FİFA-nın hüquqi məsələlər üzrə direktoru Marko Villiger deyib.

FİFA və UEFA-nın diqqətini Türkiyədə Latviya, Boliviya, Estoniya və Bolqarıstan yığmalarının iştirakı ilə keçirilən yoldaşlıq oyunlarındakı qalmaqal çəkib . Komandaların nümayəndələri eyni gündə keçirilən və yeddi qolun hamısının penaltidən vurulduğu oyunun araşdırılmasını xahiş ediblər.

Avropanın bukmeker kontorları öz növbəsində, FİFA və UEFA-nın qanunsuz pul qoyuluşları ilə mübarizə usullarına dair təkliflərinə kömək etmək arzularını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti