...

Qafqaz Universiteti xüsusi diploma layiq görülüb

Cəmiyyət Materials 14 Noyabr 2011 16:42 (UTC +04:00)
Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı magistratura və doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Qafqaz Universiteti xüsusi diploma layiq görülüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/

Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı magistratura və doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

Qafqaz Universitetinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qiymətləndirməyə dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub.

Görkəmli elm adamlarının təmsil etdiyi nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr programını dünyanın ən yaxşı 200-cü təhsil proqramı xüsusi diplomuna layiq görüb.

Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq, gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Artıq indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti