Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/
Fevralın 24-dən başlayaraq bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı - www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.
Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu hücumlarla bağlı RSXM-in saytlarında bəzi problemlər yaranıb.
Hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir.
Buna görə də hansısa məlumatdan istifadə edərkən diqqətli olmaq lazımdır.