...

Rusiya Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edir

Dünya xəbərləri Materials 29 Noyabr 2015 02:00 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi aqqında fərman imzalayıb.
Rusiya Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edir

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi aqqında fərman imzalayıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Prezident öz fərmanı ilə Türkiyədən müəyyən malların gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub. Qadağa və məhdudiyyətlər, həmçinin türk şirkətlərinin fəaliyyətinə və Türkiyə vətəndaşlarının işə götürülməsinə də aiddir.

İmzalanan fərmana əsasən Türkiyə və Rusiya arasında 1 yanvar 2016-cı il tarixindən etibarən vizasız rejim barədə saziş birtərəfli qaydada dayandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti