...

Pekində naməlum şəxs mikroavtobusu insanların üzərinə sürüb, ölənlər var

Dünya xəbərləri Materials 21 Dekabr 2016 17:17 (UTC +04:00)
Çinin paytaxtı Pekində mikroavtobus bazar ərazisində sürətlə insanların arasına daxil olub.
Pekində naməlum şəxs mikroavtobusu insanların üzərinə sürüb, ölənlər var

Bakı. Trend:

Çinin paytaxtı Pekində mikroavtobus bazar ərazisində sürətlə insanların arasına daxil olub. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Hadisə nəticəsində 4 nəfər həlak olub. Yaralıların olduğu da məlumat verilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti