...

İndoneziya paytaxtını dəyişir

Dünya xəbərləri Materials 2 May 2017 20:20 (UTC +04:00)
İndoneziya paytaxtı Cakartanı dəyişməyə hazırlaşır.
İndoneziya paytaxtını dəyişir

Bakı. Trend:

İndoneziya paytaxtı Cakartanı dəyişməyə hazırlaşır.

Trend-in məlumatına görə, Cakartada tez-tez baş verən təbii fəlakətlər səbəbindən, eyni zamanda başqa şəhərlərin inkişafına təkan vermək məqsədilə hökumət paytaxtın dəyişdirilməsi layihəsi üzərində işləyir.

İndoneziyanın Milli inkişaf nazirliyinin açıqlamasına görə, Cakartadakı zəlzələ riski, subasmalar və nəqliyyat problemləri belə bir layihənin reallaşdırılmasını gündəmə gətirib.

Paytaxt ola biləcək şəhərlərin siyahısının ilin sonuna qədər hazırlanması nəzərdə tutulur. İndoneziyanın ən böyük adası olan Kalimantanın mərkəzində yerləşən Palangkaraya şəhərinin paytaxt seçiləcəyi isə əsas ehtimaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti