...

Avropa Oyunları zamanı fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılacaq

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 08:32 (UTC +04:00)
Bakı 2015, qarşıdan gələn Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb.
Avropa Oyunları zamanı fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılacaq

Azərbaycan, Bakı, 26 may /Trend/

Bakı 2015, qarşıdan gələn Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb. Bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilmişdi; Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə deyib: "Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq.

Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri, beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq".

Bakı 2015-in dəvəti ilə, arenalara tam baxış keçirmək üçün, Paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris, obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney 2000 Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra, 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.

"Əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar, Bakı 2015 Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər. Onlar və müşaiyət edən şəxslər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün, ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar, nəqliyyat vasitəsindən asan düşmə, eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar" - deyə, Nik Morris açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti