...

Niderlandda Avropa Oyunlarının təbliğat kampaniyası aparılır (FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 17:05 (UTC +04:00)
Niderlandda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı təbliğat kampaniyası aparılır.
Niderlandda Avropa Oyunlarının təbliğat kampaniyası aparılır (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Niderlandda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı təbliğat kampaniyası aparılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Niderland Krallığının Rotterdam şəhərindəki Erasmus Universitetində oxuyan azərbaycanlı tələbələr Bakı-2015 birinci Avropa Oyunları ilə əlaqədar fəal təbliğat kampaniyası aparır. Azərbaycan Gənclər Təşkilatının sədri Toğrul Eyvazov və onun müavini Yusif Əzimov təhsil aldıqları Erasmus Universitetində Bakı-2015 və Azərbaycana dair xüsusi təqdimat hazırlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə təşkilatın rəhbəri T.Eyvazov məlumat verib.

Universitetin Avropa, Asiya və Afrikadan olan 120-dək tələbəsi üçün hazırlanmış təqdimatda əvvəlcə Avropa Oyunları haqqında çəkilən qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra T.Eyvazov və Y.Əzimov Bakı-2015 birinci Avropa Oyunları haqqında hazırlanmış xüsusi videotəqdimat vasitəsilə möhtəşəm yarış barədə gənclərə geniş məlumat verib. Azərbaycanlı tələbələr, həmçinin Oyunların keçirilməsi ilə əlaqədar ölkəmizdə aparılan hazırlıq prosesi - böyük idman arenalarının tikintisi, təmir-abadlıq işləri və s. barədə danışıblar.

Təqdimatın ikinci hissəsində Azərbaycanın tarixi, zəngin mədəniyyəti, incəsənət abidələri, mətbəxi və xalqımızın qonaqpərvərliyindən bəhs olunub. Xüsusilə, Bakı haqqında geniş çıxış edən azərbaycanlı tələbələr paytaxtın qədim mədəni abidələri, memarlıq nümunələri, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçərişəhər, eləcə də modern binaları - Alov qüllələri, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililər barədə əcnəbi gənclərə məlumat verib.

Azərbaycan Gənclər Təşkilatı (Rotterdam) Bakı-2015 Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti