...

Məşəl estafeti qədim Qubaya ötürüldü

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 22:47 (UTC +04:00)
İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı ilə yadda qalacaq.
Məşəl estafeti qədim Qubaya ötürüldü

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı ilə yadda qalacaq.

Trend-in məlumatına görə, məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı.

Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul etdi. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəldilər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla qeyd etdilər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.

Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi oldu.

Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirildi. Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı sakinlərin sevincini ikiqat artırdı. Festivalın sonunda atəşfəşanlıq oldu.

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti