...

I Avropa Oyunlarının keçiriləcəyi arenalar və onların ətrafında POS-terminalların quraşdırılması başa çatıb

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 18:28 (UTC +04:00)
Vergilər Nazirliyi ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
I Avropa Oyunlarının keçiriləcəyi arenalar və onların ətrafında POS-terminalların quraşdırılması başa çatıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Vergilər Nazirliyi ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Nazirlikdən Trend-ə bildiriblər ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları yarışlarının keçiriləcəyi 18 arena və onların ətrafindakı təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları yarışlarının keçiriləcəyi arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti