...

Portuqaliyanın nüfuzlu xəbər portalı Avropa Oyunlarından bəhs edib

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 11:44 (UTC +04:00)
Portuqaliyanın nüfuzlu dnoticias.pt xəbər portalı “Bakı-2015” ilk Avropa Oyunları münasibətilə Lissabon-Bakı marşrutu üzrə 7000 km məsafə qət edən velosipedçi səyyah Jorje Kriştovaonun səyahətindən bəhs edir.
Portuqaliyanın nüfuzlu xəbər portalı Avropa Oyunlarından bəhs edib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Portuqaliyanın nüfuzlu dnoticias.pt xəbər portalı "Bakı-2015" ilk Avropa Oyunları münasibətilə Lissabon-Bakı marşrutu üzrə 7000 km məsafə qət edən velosipedçi səyyah Jorje Kristovaonun səyahətindən bəhs edir.

Trend xəbər verir ki, portuqaliyalı Kriştovao aprelin 10-da Lissabonda start götürən yürüş zamanı Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, Türkiyə və Gürcüstan ərazisindən keçməklə Azərbaycana gəlib. Qeyd olunur ki, səyahətə ilk Avropa Oyunlarının ev sahibi şəhəri - Bakının Xəzər dənizi sahillərində yekun vurulub.

Kristovao özü ilə açılış mərasimində aparılacaq Portuqaliyanın bayrağını gətirib. "Bakıda olmağıma görə çox şadam, burada mənə olan münasibətdən yaxşı mənada təəccübləndim" - deyə 53 yaşlı velosipedçi səyyah bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti