...

Avstriyanın sinxron üzgüçüləri çıxışlarını zədələnmiş dostlarına həsr edirlər

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 13:16 (UTC +04:00)
Avstriyanın sinxron üzgüçü komandası çıxışlarını zədələnmiş dostlarına həsr edirlər.
Avstriyanın sinxron üzgüçüləri çıxışlarını zədələnmiş dostlarına həsr edirlər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İlkin İzzət/

Avstriyanın sinxron üzgüçü komandası çıxışlarını zədələnmiş dostlarına həsr edirlər.

Trend BEGOC-a istinadən bildirir ki, bunu Avstriyanın sinxron üzgüçü komandası üzvləri bildiriblər.

Avstriya komandasının xanım idmançıları qeyd ediblər ki, onlar zədələnmiş üzvlər üçün mübarizə aparırlar. Komanda üzvləri deyiblər ki, Venessa Sahinoviçin başına gələnlərdən sonra ona göstərilən dəstək olduqca güclüdür: "İlk Avropa Oyunlarında iştirak etmək üçün gəlmək və belə bir hadisə yaşamaq olduqca dəhşətlidir. Çox kədərliyik. Biz qəzəbli deyilik, hadisə sadəcə olaraq, yanlış zamanda yalnış yerdə baş verdi".

Üzgüçülər Azərbaycanda komandası ilə birlikdə qalan Verena Braytın vəziyyəti haqqında danışarkən bildiriblər ki, o, yarış üçün yaxşı vəziyyətdə deyil, lakin Verena komandası ilə burada qalacaq və bu, bütün komandanın psixologiyası üçün olduqca mühümdür: "Düşünürəm ki, bu səbəb Bakıda bütün təşkilati komandadan və izləyicilərdən gələn dəstəyi hiss etmək, birlikdə mübarizə aparmaq və birlikdə qazanmaq üçün komandanın ən yaxşı dərmanıdır".

Avstriya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Karl Stoss deyib ki, iyun ayının 11-i Bakıda Atletlər kəndində baş verən avtobus qəzasında sinxron üzgüçülər Venessa Sahinoviç, Luna Payer və Verena Brayt zədələnib. Onlardan Vanessa Sahinoviç müalicə olunmaq üçün Avstriyaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti