...

Britaniyalı gimnast: Birinci Avropa Oyunları idmançılar üçün böyük bir imkandır (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 14:28 (UTC +04:00)
"Birinci Avropa Oyunları idmançıların özlərini inkişaf etdirmək, digər yarışlara özlərini daha yaxşı hazırlamaq üçün böyük bir imkandır və çox şadam ki, mən də ilk dəfə Azərbaycanda keçirilən bu Oyunlarda iştirak edirəm".
Britaniyalı gimnast: Birinci Avropa Oyunları idmançılar üçün böyük bir imkandır (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları idmançıların özlərini inkişaf etdirmək, digər yarışlara özlərini daha yaxşı hazırlamaq üçün böyük bir imkandır və çox şadam ki, mən də ilk dəfə Azərbaycanda keçirilən bu Oyunlarda iştirak edirəm". Bunu Trend-ə Böyük Britaniyadan olan gimnast Frank Baines deyib.

O bildirib ki, Azərbaycan Oyunları yüksək səviyyədə təşkil edib: "Həm Atletlər kəndində idmançılar üçün yaradılan şərait, həm də bu gün yarışdığımız Milli Gimnastika Arenası həqiqətən də möhtəşəmdir. Azərbaycanda bizə qarşı çox isti münasibət var. Bütün bunları çox yüksək qiymətləndirirəm".

F.Baines Azərbaycan gimnastlarını tanıdığını və onların peşəkarlığını yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycan gimnastlarından bir çoxunu tanıyıram, yarışlarda görmüşəm. Onların peşəkarlığını yülksək qiymətləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti