Azərbaycan, Bakı, 16 iyun /Trend/
Bakı-2015 ilk Avropa Oyunlarında qadın voleybolçuların yarışında qrup mərhələsinin II turunun oyunları keçirilib.
Trend-in məlumatına görə, A qrupunda mübarizə aparan millimiz bu gün Polşa komandası ilə qarşılaşıb.
Rəqibindən xeyli güclü olan Azərbaycan yığması hər 3 seti qələbə ilə başa vurub - 28:26, 25:16, 25:23.
Xatırladaq ki, komandamız ilk görüşdə Rumıniyanı 3:1 hesabı ilə məğlub etmişdi.
Hazırda qrupunda lider olan millimiz növbəti görüşünü iyunun 17-də İtaliya yığmasına qarşı keçirəcək.