Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Aygün Bədəlova/
İyunun 17-də Bakıda I Avropa Oyunları yarışlarında 30 min tamaşaçının iştirak edəcəyi gözlənilir. Trend-in məlumatına əsasən, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
O bildirib ki, ötәn gün 19 fərqli mәkanda keçirilәn yarışlarda 25 min tamaşaçı iştirak edib: "Bütün idman növləri üzrə yarışlarda davamiyyәt 75 faiz olub. Ötən günün I Avropa Oyunlarının açılış mərasimindən sonra ilk iş günü olduğunu da nəzərə almaq lazımdır".
S.Kleq qeyd edib ki, I Avropa Oyunları çərçivəsində bu gün 10 yarış keçiriləcək və bu yarışlarda 11 dəst medal oynanılacaq.