...

Azərbaycan atıcıları Avropa Oyunlarında nəticələrini yaxşılaşdıracaqlar (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 14:22 (UTC +04:00)
Azərbaycan idmançıları I Avropa Oyunları çərçivəsində iyunun 19-20-də qadınlar arasında keçiriləcək 25 metrdən tapança ilə atəş üzrə növbəti yarışlarda nəticələrini yaxşılaşdıracaqlarına inanırlar.
Azərbaycan atıcıları Avropa Oyunlarında nəticələrini yaxşılaşdıracaqlar (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan idmançıları I Avropa Oyunları çərçivəsində iyunun 19-20-də qadınlar arasında keçiriləcək 25 metrdən tapança ilə atəş üzrə növbəti yarışlarda nəticələrini yaxşılaşdıracaqlarına inanırlar.

Azərbaycanlı atıcı İradə Haşımova Trend-ə bildirib ki, qadınlar arasında 10 metrdən tapançadan atəş üzrə təsnifat raundu idmançılarımız üçün uğursuz alınıb.

Onun sözlərinə əsasən, idmançılar iyunun 19-da yarışların təsnifat raundu çərçivəsində hərəkətsiz hədəfə 30 atəş açacaqlar, iyunun 20-də isə sürətli atəş üzrə yarışlar keçiriləcək: "Sürətli atəşaçmada yaxşı nəticələr göstərmək üçün səylə çalışmaq lazımdır. Əlbəttə ki, Avropa Oyunlarında iştirak etdiyimiə görə fəxr edirəm".

Tapançadan atəşaçma üzrə təsnifat raundunun digər azərbaycanlı iştirakçısı Nərminə Səmədova isə Trend-ə bildirib ki, Avropa Oyunları kimi böyük miqyaslı tədbirdə iştirak etdiyinə görə fəxr edir: "Mənim nəticələrim (10 metrdən atəş üzrə təsnifat raundunda) gözləntilərimə uyğun deyildi. Belə ki, rəqiblərim olimpiya və dünya çempionları idi. Bununla belə, yarışlarda həmvətənlərimin, yaxınlarımın məni dəstəkləmələri böyük sevinc hissi yaradır və məsuliyyətimi artırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti