...

Yerli azarkeş: Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm (FOTO)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 18:58 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm. Bu gün Milli Gimnastika Arenasına bu qədər adamın gəlib yarışları izləməsi insanlarımızın gimnastikaya olan marağını göstərir".
Yerli azarkeş: Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm. Bu gün Milli Gimnastika Arenasına bu qədər adamın gəlib yarışları izləməsi insanlarımızın gimnastikaya olan marağını göstərir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları ailəvi izləməyə gəlmiş gimnastika həvəskarı Nəsimi Sadıqov deyib.

N.Sadıqov bildirib ki, artıq gimnastlarımız yarışlarda yüksək nəticələr göstərərək bir neçə medallar qazanıb: "Təbii ki, bu qədər güclü gimnastları olan Avropa dövlətləri içərisində belə yüksək nəticələr göstərmək ölkəmizdə gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bütün bunları görəndə bir vətəndaş kimi çox sevinirik".

Ailənin xanımı Gülşən Sadıqova da gimnastlarımızın yarışlarda göstərdikləri nəticələri yüksək qiymətləndirib: "Hər dəfə gimnastlarımızın qələbəsini görəndə fəxr hissi keçiririk. İdmançılarımıza daha böyük uğurlar arzu edirəm. Biz də vətəndaş olaraq hər zaman onları dəstəkləməyə hazırıq".

Sadıqovlar ailəsi birinci Avropa Oyunlarının ölkəmiz üçün çox əhəmiyyətli və Azərbaycanın dünyada tanıdılması üçün çox faydalı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti