...

İtalyan gimnastlar: "Avropa Oyunlarında iştirak etmək böyük təcrübədir"

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 16:10 (UTC +04:00)
"Birinci Avropa Oyunları bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki birinci dəfədir ki, aerobika Olimpiya proqramına daxil edilir".
İtalyan gimnastlar: "Avropa Oyunlarında iştirak etmək böyük təcrübədir"

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki birinci dəfədir ki, aerobika Olimpiya proqramına daxil edilir". Bunu Trend-ə birinci Avropa Oyunlarında aerobika gimnastikasında qarışıq cütlüklərin yarışmasında gümüş medala sahib olan italyalı gimnast Davide Donati deyib.

O bildirib ki, bu Oyunlarda iştirak etmək onun üçün böyük təcrübə oldu: "Birinci dəfədir ki, belə böyük yarışda iştirak edirəm. Azərbaycan Oyunları yaxşı təşkil edib, idmançılar üçün hər cür şərait yaradıb".

Yarışlarda D.Donatinin tərəfdaşı Miçela Kastoldi da Avropa Oyunlarının onun üçün çox faydalı olduğunu söyləyib: "Mən də Davidenin fikirləri ilə tam razıyam. Biz bu Oyunlarda iştirak etdiyimizə və aerobika gimnastikasının belə möhtəşəm yarışmanın proqramına daxil edilməsinə görə çox sevinirik. Azərbaycan Oyunları yüksək səviyyədə təşkil edib. Yarışların keçirildiyi bu arena çox gözəl və genişdir. Çoxlu sayda tamaşaçıların gəlib yarışmalara tamaşa etməsi və gimnastları alqışlaması isə xüsusi ruh yüksəkliyi verir. Burada insanlar gimnastikaya böyük maraq göstərir".

İtalyan gimnastlar Azərbaycanı çox bəyəndiklərini bildirib və Bakıda gəzmək, Azərbaycanın milli xörəklərinin dadına baxmaq arzusunda olduqlarını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti