...

Avropa Oyunlarında üzgüçülük üzrə mükafatçılar müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 19:48 (UTC +04:00)
I Avropa Oyunlarında qadınlar arasında üzgüçülük üzrə 400 metr fərdi kompleks yarışlarında qaliblər müəyyənləşib.
Avropa Oyunlarında üzgüçülük üzrə mükafatçılar müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunlarında qadınlar arasında üzgüçülük üzrə 400 metr fərdi kompleks yarışında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, britaniyalı Ebbi Vud 1-ci, italiyalı İlariya Kuzinato 2-ci, serbiyalı Anya Krevar isə 3-cü olub.

I Avropa Oyunlarında kişilər arasında 400 metr sərbəst üsulla üzmə yarışında da qaliblər müəyyənləşib. Almaniyalı Paul Hençel 1-ci, yunanıstanlı Dimitrios Dimitriu 2-ci, rusiyalı Ernest Maksimov isə 3-cü olub.

Həmçinin kişilər arasında 50 metr kəpənək üsulu ilə üzmədə ən güclülər məlum olub. Burada qızıl medalı ukraynalı Andrey Xloptsov, gümüşü polşalı Pavel Sendik, bürünc medalı isə rusiyalı Daniel Paxomov qazanıb.

Qadınların 50 metr qurbağa üsulu ilə üzmə yarışında isə rusiyalı idmançı Marisa Astaşkina hamıdan üstün olub. 2-ci yeri alman Laura Kelş, 3-cü yeri isə fransalı Nolven Herve tutub.

Bundan başqa, qadın üzgüçülər arasında 800 metr sərbəst üsulla üzmə yarışında qaliblər müəyyənləşib. Britaniyalı Holli Hibbot 1-ci, Rusiya təmsilçisi Anastasiya Kirpiçnikova 2-ci, ispan idmançı Marino Kastro Atalaya isə 3-cü olub.

Komanda yarışlarında isə kişilər arasında 4x100 metr sərbəst ötürmədə Böyük Britaniya komandası 1-ci, İtaliya 2-ci, Rusiya 3-cü yeri tutub.

Qadınlar arasında 4x100 metr sərbəst ötürmədə ən güclü rusiya üzgüçüləri olub. Hollandiya gümüş, Böyük Britaniya isə bürünc medala yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti